Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Rəşad Məsim oğlu Məmmədovu özünə müşavir təyin edib.

BUTA.TV AMB-yə istinadən xəbər verir ki, bununla da, onun müşavirlərinin sayı 4-ə çatıb.

Qeyd edək ki, R.Məmmədov bundan əvvəl PAŞA Bank ASC-də çalışıb. O, 2015-2017-ci illərdə Bankın Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru işləyib.