Tərtər rayonunda "Ford" markalı avtomobil ağaca çırpılıb, ölən var.

BUTA.TV Report-a istinadən xəbər verir ki, qəza zamanı avtomobilin sürücüsü Bərdə şəhər sakini, 1992-ci il təvəllüdlü Munasib Asif oğlu Abidov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.