Bakı-Sumqayıt yolunda ağır qəza: 8 yaralı var
Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan qəbirstanlığının qarşısındakı yolda baş verib.
Belə ki, "Opel" markalı avtomobillə "Chevrolet" markalı avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.