Sumqayıtda 38 min abonentin qazı kəsilib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, Ceyranbatan ərazisində zəncirli traktorun qaz xəttini zədələməsi nəticəsində abonentlərə qazın verilişində fasilələr yaranıb.

Sumqayıt Qaz İstismar idarəsindən bildirilib ki, problem bir neçə saat ərzində həll olunacaq.