HƏMAS-ın daha bir rəhbər şəxsi öldürüldü
İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah bölgəsinə endirdiyi hava hücumu zamanı HƏMAS-ın hərbi qanadının təchizatından məsul olan rəsmisi ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Məlumata görə, öldürülən Həsən əl-Atraş HƏMAS üçün silahların tədarükü və istehsalına, eləcə də müxtəlif ölkələrdən Qəzza zolağına qaçaqmalçılıq yolu ilə silahların keçirilməsinə cavabdeh olub.