Türkiyə ordusu daha 6 şəhid verdi
Bu gün İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin daha 6 hərbçisi şəhid olub, bir nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, terrorçularla qarşıdurma zamanı 13 terrorçu da məhv edilib.
Bölgədə əməliyyatın davam etdirildiyi bildirilib.