Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub.

BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, Elçin Muradov Ukraynadakı müharibədə həyatını itirib. O, beynəlxalq dərəcəli hakim, boks üzrə idman ustası olub.

E.Muradovun hansı istiqamətdə gedən döyüşlərdə və hansı şəraitdə həlak olduğu barədə məlumat verilməyib.

Məşhur aparıcı ad gününü keçirdikdən sonra qəzaya düşdü, öldü - Video Məşhur aparıcı ad gününü keçirdikdən sonra qəzaya düşdü, öldü - Video