Qəzzada ölən fələstinli jurnalistlərin sayı 100-ə çatdı
Oktyabrın 7-də Qəzzada başlayan hərbi münaqişədən bəri ölən fələstinli jurnalistlərin sayı 100-ə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.
“Ən son qurban isə ötən gün İsrailin Qəzzanın şərqinə endirdiyi hava hücumu zamanı öldürülən fələstinli jurnalist Məhəmməd Əbu Hveydi olub”, - telekanal bildirib.