İndoneziyada nikel emalı zavodunda baş verən partlayış nəticəsində azı 12 nəfər həlak olub.

BUTA.TV xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi sənaye parkının nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, 39 nəfər də yaralanıb.

Partlayışın təmir işləri zamanı baş verdiyi qeyd edilib.