Yaxın Şərqdə müharibəyə son qoymağın ən sürətli yolu Qəzza zolağına yanacaq nəqlini kəsməkdir.

BUTA.TV xəbər verir ki, bu barədə İsrailin keçmiş baş naziri Naftali Bennet X (keçmiş Tvitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu müharibəni bitirməyin ən sürətli yolu Qəzzaya yanacaq tədarükünü kəsməkdir", - deyə Bennet bildirib.

O vurğulayıb ki, anklava yanacaq tədarükünə icazə vermək üçün İsrailə yönələn təzyiqlər mənəvi və praktiki cəhətdən yanlışdır.

Bennet bildirib ki, yanacaq tədarükü HƏMAS-ın tunel adlandırdığı əsas silahını sözün əsl mənasında “qidalandırır”:

“Yanacaq tədarükü dayansa, yeraltı rabitə sistemi fəaliyyətini dayandıracaq və bu, radikal qrupun məğlubiyyətinə səbəb olacaq. Kim müharibəni bitirmək istəyirsə, Qəzzaya bir damcı belə yanacağın girməsinin qarşısını almaq üçün İsraili dəstəkləməlidir”.