Sumqayıtda 66 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BUTA.TV Report-a istinadən məlumat verir ki, hadisə “Saray körpüsü” adlanan ərazidə qeydə alınıb.

Yolu keçmək istəyən piyada 1957-ci il təvəllüdlü Dəmirova Alidə Allahverdi qızını maşın vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.