Qəzza zolağında 7 oktyabrdan bəri davam edən münaqişədə 122 jurnalist həyatını itirib.

BUTA.TV xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Bildirilib ki, bundan əlavə, Livan sərhədində 3 media əməkdaşı İsrailin hücumları nəticəsində öldürülüb.

HƏMAS-ın 7 oktyabr hücumunda 4 israilli jurnalistin də həlak olduğu vurğulanıb.