Yəməndəki husi üsyançıları Qırmızı dənizdə İsrailə gedən Britaniyaya məxsus ticarət gəmisinə hücum edib.

BUTA.TV xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya deyib.

“Yəmən hərbi-dəniz qüvvələri Qırmızı dənizlə işğal olunmuş Fələstin ərazilərindəki limana gedən Britaniya ticarət gəmisinə gəmi əleyhinə raketlə zərbələr endirib", - deyə bildirilib.

Sariya gəminin adını və növünü açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Britaniya tərəfi Hudeyda limanından 57 dəniz mili qərbdə gəmiyə hücum edildiyini bildirmişdi.