Şəmkirdə 2 maşın toqquşdu: ölən var
Şəmkir şəhərində ölümlə nəticələnən yol qəzası olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Şəmkir şəhər ərazisində yerləşən restoranların birinin qarşısında 2 avtomobil toqquşub.
Nəticədə rayon sakini, 1993-cü il təvəllüdlü Bayram Valeh oğlu Qasımov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.