Çilidə meşə yanğınları: 131 nəfər öldü
Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında azı 131 nəfər ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə məhkəmə tibbi ekspertiza xidməti məlumat yayıb.
“Fevralın 6-sı saat 12:00-a olan məlumata görə, ölənlərin sayı 131-ə çatıb”, - məlumatda deyilir.
Ekspertlər bildiriblər ki, 35 meyitin şəxsiyyəti müəyyən edilib.