Ukraynada yeni qoşun növü yaradıldı
Ukrayna Prezidenti Vladimir Zelenski yeni qoşun növünün - Pilotsuz Sistem Qüvvələrinin yaradılması ilə bağlı fərman imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə dövlət başçısı Teleqram kanalında məlumat verib.
“Pilotsuz təyyarələr - pilotsuz sistemlər yerdə, səmada və dənizdəki döyüşlərdə effektivliyini sübut etdi”, - deyə prezident bildirib.