Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əs-Sani ilə telefonla danışıb.

BUTA.TV xəbər verir ki, telefon danışığı zamanı Qətər və Misirin səyləri nəticəsində İsrail və HƏMAS-a təqdim edilən çərçivə razılaşması ilə bağlı son vəziyyət müzakirə edilib.

Nazir Hakan Fidan Türkiyənin sözügedən razılaşmaya dəstəyini vurğulayıb.