Fevralın 13-də Brüsseldə AB-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclası keçiriləcək.

BUTA.TV xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.

“Tərəflər AB-Ermənistan hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin icrasının gedişi və tərəfdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparacaqlar. Onlar həmçinin daha iddialı tərəfdaşlıq proqramının təşviqi imkanlarını müzakirə edəcəklər. Görüş iştirakçıları siyasi məsələlər, o cümlədən regional proseslər, xarici siyasət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar”, - məlumatda deyilir.