Hindistanda məscidə görə qan töküldü: 4 ölü, 250 yaralı
Hindistanın şimalındakı Uttarhand ştatının Haldvani şəhərində məscid və mədrəsənin sökülməsinə etiraz edən sakinlərlə polis arasında toqquşmalar baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
“Toqquşmalar nəticəsində 4 nəfər ölüb, yerli administrasiyanın işçiləri və jurnalistlər də daxil olmaqla, 150 nəfər yaralanıb. Polis əməkdaşları arasında da 100-dən çox yaralı var”, - məlumatda qeyd olunub.