ABŞ və Qətər HƏMAS liderlərini Dohadan qovmaq üçün birgə plan üzərində işləyir.

BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Hələlik media orqanı təfərrüat barədə dəqiq məlumat verməyib və bu iddia başqa mənbələr tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə, Musa Əbu Mərzuk və Xalid Məşəl kimi yüksək rütbəli qrup üzvləri hazırda Qətərdə yaşayır.