ABŞ bazası raket atəşinə tutuldu
“İraq İslami Müqaviməti”nə aid silahlı birləşmələr Deyr əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasını atəşə tutub.
BUTA.TV xəbər verir ki, bu barədə “Şam FM” radiostansiyasının verdiyi məlumata deyilir.
Bildirilib ki, Amerikanın hərbi obyektinə üç raket atılıb.
Ərazidə partlayışların baş verdiyi bildirilir, təfərrüatlar açıqlanmır.