Vətəndaşlarda qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BUTA.TV-a verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinindən qanunsuz saxladığı TOZ markalı ov tüfəngi aşkar edilərək götürülüb.