ABŞ-ın Kaliforniya ştatının Nipton şəhərində “Eurocopter EC 130” helikopteri qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Qəza nəticəsində helikopterdə olan 6 nəfər dünyasını dəyişib.

Qəzanın hansı səbəbdən baş verməsi barədə məlumat verilməyib.