Türkiyədə zəlzələ oldu
Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda 4.4 bal gücündə zəlzələ baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə yeraltı təkanlar yerin 5.74 km-də qeydə alınıb.
Tələfat və dağıntı ilə bağlı məlumat verilməyib.