Moldovanın Ukrayna ilə sərhədində pilotsuz uçuş aparatının qalıqları tapılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Moldova Sərhəd Polisinin məlumatında deyilir.

“Şahid” PUA-nın qalıqlarının Vulkaneşt rayonunun Etuliya kəndində tapıldığı bildirilib.

Ehtimal edilir ki, PUA Ukraynanın İzmayıl rayonunda 9-dan 10-na keçən gecə vurulub.

Kənd ərazisində dağıntı və tələfat yoxdur. Təhlükəsizlik tədbirləri gücləndirilir.