Türkiyənin Adana bölgəsində bələdiyyə binasına silahlı hücum olub.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, hücum zamanı Adana Böyükşəhər Bələdiyyə başçısı Zeydan Qaraların şəxsi katibinin müavini Səməd Güdük yaralanıb. Üç güllə yarası alan Güdük xəstəxanaya aparılıb, vəziyyəti ağırdır.

Hücumu həyata keçirən şəxsin Mikayıl G. adlı bələdiyyə işçisi olduğu iddia edilib. Polis hadisə ilə bağlı araşdırma başladıb, şübhəli polis bölməsinə gedərək təslim olub.

“Ailəmdən 6 nəfər Xocalıda şəhid olub, amma mənə orada ev verilmir” - Milli Qəhrəmanın oğluna rəsmi cavab “Ailəmdən 6 nəfər Xocalıda şəhid olub, amma mənə orada ev verilmir” - Milli Qəhrəmanın oğluna rəsmi cavab