Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb.

BUTA.TV xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri Trend-ə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti iyun ayında baş tutacaq:

“Ziyarətə iyun ayının əvvəlindən başlanılması, həmin ayın sonunda isə isə zəvvarların geri dönməsi planlaşdırılıb”.