İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailə xəbərdarlıq edib.

BUTA.TV xəbər verir ki, bu barədə Abdullahian X sosial şəbəkə hesabında bildirib.

"Hərbi əməliyyatların əhatə dairəsinin genişləndirilməsi Təl-Əviv üçün ağır nəticələrə gətirib çıxaracaq", - H.Abdullahian vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə İsrail Baş naziri Benyamin Netanyahu Müdafiə Nazirliyindən Qəzza zolağının cənubundakı Rəfahdan əhalinin təxliyə planının təqdim edilməsini istəyib.

Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - Video Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - Video