Rusiya lideri ilə müsahibədən sonra Taker Karlson Vladimir Putinin Ukrayna məsələsində ciddi güzəştə getməyə hazır olduğunu düşünür.

BUTA.TV xəbər verir ki, o, bu barədə Dubayda keçirilən Dünya Hökuməti Sammitində deyib.

O bildirib ki, ABŞ istisna olmaqla, müxtəlif ölkələrin, o cümlədən Rusiyanın lideri Ukrayna məsələsində güzəştə getməyə hazırdır.

Onun sözlərinə görə, Rusiya Prezidenti ilə müsahibədən sonra onda belə bir təəssürat yaranıb.

Lakin jurnalist söhbətin təfərrüatını açıqlamayıb.