İraqda atraksion yerə çırpıldı: yaralılar var - Video
İraqın Vastt şəhərində “Xəyallar Şəhəri” adlı lunaparkda atraksionlardan biri yerə çırpılıb.
BUTA.TV yerli mediaya istinadən qəzada 14-ü uşaq olmaqla, ümumilikdə 16 nəfər xəsarət alıb.
Qəzadan sonra əraziyə giriş bağlanıb, faktla bağlı araşdırma aparılır.