Abşeronda məktəbli qızlar itkin düşdü - Foto
Abşeronda 2 məktəbli qız itkin düşüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, 14 yaşlı şagirdlər dərsdən sonra evə qayıtmayıblar
Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri – Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar.
Onların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron rayon Polis İdarəsinə məlumat veriblər.