ABŞ Rusiyanı regionun həllinə yönəlmiş beynəlxalq proseslərdən kənarlaşdırmaqla Yaxın Şərqdə liderliyini təsdiq etməyə çalışır.

BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Amerikalılar regionda (Yaxın Şərqdə - red.) dominantlıqlarına yatırım etməyə üstünlük verdilər və indi Rusiyanı kənarda qoymağa çalışırlar”, - o bildirib.

Lavrov qeyd edib ki, Vaşinqton Yaxın Şərq nizamlanması üzrə Rusiya, ABŞ, BMT və AB-dən ibarət beynəlxalq vasitəçilər kvartetinin işinə mane olub.