Tokayev Qətərə səfər etdi
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qətərə səfər edib.
BUTA.TV xəbər veririk, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan liderini Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani qarşılayıb. Həməd Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülüb.
Fevralın 14-də Tokayev baş nazir Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə danışıqlar aparacaq.
İki ölkə arasında bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.