Gürcüstan səfirliyinin birinci katibi Süleymanov təyin olundu
Gürcüstanın Sloveniyadakı səfirliyinin birinci katibi vəzifəsinə Azərbaycan əsilli diplomat təyin olunub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Mirzə Süleymanov bu ilin yanvarından Sloveniyadakı səfirlikdə birinci katib kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, M.Süleymanov ABŞ-də Texas Universitetinin bakalavr və magistr proqramını bitirib.