Mingəçevirdə Qarabağ kanalında batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan şəhər sakini, 14 yaşlı Nicat Şərifzadənin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.