Bakıda yerləşən “Gənclik Mall”da həyəcan siqnalı verilib.

BUTA.TV” Bakues.az-a istinadən xəbər verir ki, hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir.

Siqnalın verilmə səbəbi hələlik məlum deyil.

***

“Gənclik Mall”un məlumat mərkəzindən “BUTA.TV”ya problem yarandığını təsdiqləyiblər.

“Problem yaranmışdı, o səbəbdən vətəndaşlar təxliyə olunurdu. Artıq problem aradan qaldırılıb”, - məlumatda vurğulanıb.