Bilirsiniz, Nikol Paşinyan müxalifətdə olarkən və yaratdığı hərəkata rəhbərlik edəndə - hər kəs bilirdi ki, Soros Fondu ilə əlaqəsi var idi - onun hərəkatının şüarı "Çıxış" idi - KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmaq. Bu şüarla küçələrdə izdiham topladı, baş nazirin seçilməsini tələb etdi, parlament seçkiləri vardı və eyni zamanda bu seçkilər onun seçilməməsi ilə bitərsə, xalqı ayağa qaldıracağını bəyan etdi. Yəni, ümumiyyətlə, demokratiyanın ən yüksək səviyyədə təzahürü…
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib.
“O, baş nazir olduqdan sonra, çox yaxşı xatırlayıram, Vladimir Putin onunla bir neçə dəfə görüşmüşdü və hər şəkildə vurğulamışdı ki, biz hansısa əvvəlki təcrübədən çıxış etməyəcəyik, Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri konkret olaraq necə quracağını rəhbər tutacağıq. Cavabında Nikol Paşinyan demişdi ki, həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqı Ermənistan üçün prinsipialdır, onun iqtisadiyyatının inkişafı, Cənubi Qafqazda təcrid olunmasının qarşısını alan strukturlardır. Və Azərbaycanla Ermənistan arasında münaqişənin alovlandığı 2020-ci ilə qədər bütün illər ərzində münasibətlər məhz bu istiqamətdə inkişaf edib. Sonra Paşinyan Putinə müraciət etdi - həm Rusiyanın müttəfiqi kimi, həm də KTMT üzvü kimi - və bilirsiniz ki, bizim prezidentimiz gecə-gündüz sözün əsl mənasında, necə gücünü əsirgəmədən, yorulmadan Ermənistan və Azərbaycan liderləri ilə bu müharibəni dayandırmaq üçün danışıqlar apardı. Və sonra sərhədlərin delimitasiyası üzrə üçtərəfli sazişlər, iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, ümumilikdə münasibətlərin normallaşdırılması, o cümlədən sülh müqaviləsinin bağlanması - bütün bunlar bizim fəal təşəbbüskar rolumuzla razılaşdırıldı. Və bununla paralel olaraq Avropa Birliyi erməniləri və azərbaycanlıları öz cərgəsinə sürükləyirdi və Paşinyan AB və ABŞ platformasında işləmək ideyasının əsas dəstəkçisi idi. Onlar (Ermənistan rəhbərliyi – red.) Rusiya Federasiyasının ərazisində planlaşdırılan görüşlərin zərərinə mütəmadi olaraq ora gedirdilər”, - o qeyd edib.
Lavrovun sözlərinə görə, 2022-ci ildə Praqada Avropa Siyasi Birliyinin qondarma Zirvə toplantısında - həm də Makronun ideyası ilə - onlar (Paşinyan nəzərdə tutulur – red.) Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə sənəd imzalayıblar ki, Qarabağ Azərbaycandır:
“Bizə heç kim bu barədə məlumat verməyib. Putin daha sonra növbəti görüşdə Paşinyana dedi: “Sizin belə qərar verməyiniz bizi təəccübləndirdi”. Heç bir izahat yox idi, çünki Paşinyan həmişə bizdən xahiş edirdi ki, son üç ildəki səylərə paralel olaraq Dağlıq Qarabağın statusu məsələsini birtəhər həll etmək lazım olduğunu unutmayaq və biz bunu edirdik.
Amma onun özü bu ərazinin Azərbaycanın bir hissəsi olduğuna imza atanda status məsələsi ortadan qalxdı. İnsanlar Qarabağı tərk etməyə başlayanda isə Nikol Paşinyan Vladimir Putindən soruşdu: “Vladimir Vladimiroviç, siz niyə Qarabağ xalqını taleyin ixtiyarına buraxdınız?” Allah xatirinə bağışlayın, buna siz qərar verdiniz ki, onlar vətəndaş deyillər və ya bir növ Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər”, - Lavrov əlavə edib.
Lavrov qeyd edib ki, o, İrəvanda müxtəlif görüşlərə gedəndə Nikol Vovayeviçlə də ünsiyyətə girib:
“Mənə elə gəlirdi ki, o, Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərini davam etdirməyin, KTMT, Aİİ çərçivəsində qarşılıqlı fəaliyyətin Ermənistana faydasını hələ də başa düşür. Amma indi həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentdə Ermənistan rəsmiləri birbaşa deyirlər ki, biz Avropa Birliyinə daha çox güvənməliyik, KTMT guya respublika qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəni mahiyyət etibarı ilə dairə qapanır və Ermənistan rəhbərliyi Paşinyanın “Çıxış” hərəkatı vaxtı formalaşdırdığı ideyalara oxşar fikirlər söyləməyə başlayır. Əminəm ki, bu, həm ermənilərlə tarixi dostluq əlaqələri, həm Rusiyada yaşayan nəhəng erməni diasporu, həm də Cənubi Qafqazda stabillik bazımından erməni xalqının və bizim maraqlarımıza cavab vermir. İndi Ermənistan rəhbərliyini Qərb tərəfinə çəkənlərin məqsədi sadədir: Cənubi Qafqazda sabitliyin qarşısını almaq, bu regionu öz dominantlıq zonasına çevirməyə çalışmaq – necə ki, Qərb bunu Mərkəzi Asiyada və ümumi qitəmizin bir çox başqa hissələrində etməyə çalışır”.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək