Azərbaycan Xarici İşlər Nazirliyi UNESKO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsini alqışlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.
“Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESKO-nun 43-cü Baş Konfransında qəbul edilən tarixi qərara əsasən, 15 dekabr “Dünya Türk Dilləri Ailəsi Günü” elan olunub. Bu tarix, Orxon-Yenisey abidələrinin – bütün türk dillərinin ortaq köklərini və paylaşılmış tarixi irsini əks etdirən ən qədim yazılı abidələrin oxunmasının ildönümünə təsadüf edir.
Azərbaycan bu mühüm qərarı zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində əlamətdar addım kimi alqışlayır”, – məlumatda qeyd olunub.
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
- 65 yaşlı kişi Bakıda daş karxanasında öldü
- General Abbasəli Novruzov vəfat etdi
- Yalan deyirlər, biz ailə deyilik...
- Qarabağ kanalında bir nəfər batdı
- Bakıda külək əsir, rayonlara yağış yağır – Faktiki hava