Fələstin Muxtariyyəti yeni kabinetin formalaşdığını açıqlayıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, kabinetdə erməni nazir Varsen Ağabekyan da təmsil olunur.
O, Fələstinin Xarici İşlər və Mühacir İşləri üzrə Dövlət Naziri təyin edilib.
Ağabekyanın 1958-ci ildə İordaniyada anadan olduğu bildirilir. O, Prezidentin Fələstində Kilsə İşlərinə Nəzarət üzrə Ali Komitəsinin üzvüdür. 1983-cü ildə ABŞ-ın İndiana ştatının Purdue Universitetində magistr dərəcəsi, Pittsburq Universitetində isə siyasi məsələlər üzrə doktorluq dərəcəsi alıb. 1988-2008-ci illərdə Qüds Universitetində dosent, sonra dekan vəzifəsində çalışıb.
- Ağdamın daha 2 kəndində yanğın başladı
- Tiktokda küçə söyüşləri söyən qadınla bağlı qərar
- Gürcüstanda enerji böhranı: Bakı-Tiflis qatarı da yolda qaldı
- Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
- Onların həyatı təhlükədə: Hər an ölüm baş verə bilər...
- Bu universitet bağlanır? - Tələbələr narahatdır+Video
- “Mersedes” körpüdən aşdı, keçidə düşdü: 2 nəfər... - Video
- Bakıda ana övladını illərlə zəncirləyib? - Açıqlama