Laçının dağları bizi gözləyir.
BUTA.TV xəbər verir ki, bu sözləri Report-a Laçın şəhər sakini Şahlar Cəfərov deyib.
Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib, torpaqlarımızı işğaldan qurtaran Azərbaycan Ordusuna təşəkkür edib, şəhidlərimizə isə Allahdan rəhmət diləyib.
“Laçını tərk edəndə 20 yaşım var idi. Otuz iki ildən sonra böyüyüb boya-başa çatdığımız doğma yerlərə qayıtmaq çox gözəl hisslərdir. 1992-ci ildə Laçından bu maşınla çıxmışdım, bu maşınla da bu gün öz doğma yurduma qayıdıram.
Avtomobili çətinliklə qoruyub saxlaya bildim. Hətta güllə izləri də qalmaqdadır. İndi öz əşyalarımızı yükləyib öz doğma yurdumuza qayıdırıq. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu