Tuva Respublikasında ayının hücumuna məruz qalan xokkey məşqçisi Aleksandr Kuzmenko həlak olub.

BUTA.TV xəbər verir ki, bunu respublikanın Dövlət Ovçuluq Nəzarəti İdarəsinin rəhbəri Artış Salçak deyib.

“Sentyabrın 22-də Moskvadan gələn bir qrup turist qayıqla Bolşoy Yenisey çayı boyunca ucqar tayqaya yollanıb və sahildə düşərgə salıb. Günorta saatlarında ayı turistlərə hücum edərək təxminən 60 yaşlı kişinin üzündən ağır yaralayıb. Kişi əvvəlcə qayıqla Toora-Xem kəndinə, daha sonra sanitar aviasiya ilə Kızıl şəhərindəki respublika xəstəxanasına çatdırılıb. Lakin bir müddət sonra onun öldüyü məlum olub. Turistlər meşəyə getmək qadağan olunmasına baxmayaraq, tayqaya daxil olub və özləri ilə çoxlu miqdarda ərzaq aparıblar”, - o bildirib.

Ukraynalı qızların intim görüntüləri skandala səbəb oldu - FOTOLAR Ukraynalı qızların intim görüntüləri skandala səbəb oldu - FOTOLAR