Ərdoğan Zelenskiyə xəbərdarlıq etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu Yorkdakı Türkiyə Evində keçirilən görüşdə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
“Prezidentimiz Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsinin vacibliyini vurğulayıb. Ticarət gəmilərinə hücumlar yolverilməzdir və biz tərəflərdən məsuliyyətli davranış gözləyirik. Ərdoğan Türkiyənin Rusiya-Ukrayna münaqişəsinin davamlı sülhlə başa çatdırılması üçün səylərini davam etdirəcəyini və tərəflər arasında birbaşa danışıqların bərpasına çalışacağını da bildirib”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, bu il Qara dənizdə bir neçə türk gəmisi Ukrayna qüvvələrinin hücumuna məruz qalıb.
Ukraynalı qızların intim görüntüləri skandala səbəb oldu - FOTOLAR