Qaradağ və Masallı rayonlarında əməliyyat keçirilib, 50 kiloqram narkotik vasitə ələ keçirilib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 mart 2024-cü il tarixində keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü Aqil Əlizadə Qaradağ rayonu ərazisində saxlanılıb. Həmin şəxsin üzərindən, avtomobilindən və Masallı rayonundakı evindən ümumilikdə 50 kiloqram, o cümlədən 39 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 7 kiloqram heroin, 2 kiloqram metamfetamin, 2 kiloqram tiryək, 2000 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdiyi 2 ədəd elektron tərəzi aşkarlanıb. Araşdırmalarla A.Əlizadə narkotikləri şəxsiyyəti istintaqla araşdırılan “Fərşad” adlı İran vətəndaşından Astara rayonunda əldə etdiyini bildirib. Onun əsas məqsədi kuryerlik edərək narkotikləri müxtəlif ünvanlara çatdırıb pul əldə etmək olub. Faktla bağlı cinayət işi başlanılıb, A.Əlizadə barəsində məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Gürcüstanda enerji böhranı: Bakı-Tiflis qatarı da yolda qaldı
- Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
- Onların həyatı təhlükədə: Hər an ölüm baş verə bilər...
- Bu universitet bağlanır? - Tələbələr narahatdır+Video
- “Mersedes” körpüdən aşdı, keçidə düşdü: 2 nəfər... - Video
- "Şuşa şəhərciyi"ndə "Al Market" yanır - Foto
- “Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub” - Vado Korovin
- Çimərliyə getmək istəyənlərin nəzərinə!