Mart ayının 31-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər naməlum şəxsin hərəkəti müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BUTA.TV-a verilən məlumata görə, sərhəd zastavasının şəxsi heyəti tərəfindən sərhəd pozucularının mümkün hərəkət istiqamətləri qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.
İrandan Azərbaycan istiqamətində hərəkət edən sərhəd pozucuları sərhəd naryadının “Dayan!” əmrinə tabe olmayıb üzərilərindəki çantanı ataraq geriyə qaçmağa cəhd göstəriblər.
Sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub.
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
Hadisə nəticəsində sərhəd pozucularından biri yaralanıb, digəri relyefin mürəkkəbliyi və əlverişsiz hava şəraitindən yararlanaraq geriyə qaçıb.
Yaralı sərhəd pozucusuna sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən dərhal sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı Ədilli Ramazan Yusif oğlu olması müəyyən edilib, xidməti ərazidən 10 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Görülmüş tədbirlər nəticəsində narkotik vasitələri götürmək məqsədilə xidməti əraziyə yaxınlaşan Beyləqan rayon Əmirzeyidli kənd sakini, 1968-ci il təvəllüdlü Atakişiyev Rasim Mustafa oğlu və Birinci Şahsevən kənd sakini, 1999-cu il təvəllüdlü Abdullayev Məhəmməd Ramil oğlu saxlanılıb.
Faktla bağlı Baş Prokurorluqla birgə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər...
- 12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı - Yenilənib
- Sabah da 41 dərəcə isti olacaq
- “Vəziyyət çox pisdir...” - “Sədərək”də alver azalır - Video
- Şok əməliyyat: bir neçə sahibkar saxlanıldı - Detallar
- Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq
- “Zolotaya Korona” ilə Azərbaycana pul köçürülməsi - Dayandırıldı
- Anomal istilər: DYP-dən sürücülərə xəbərdarlıq