Xanım polkovnik-leytenant birinci müavin təyin edildi

12:30 - 1 Aprel 2024 - GÜNDƏM

 Xanım polkovnik-leytenant birinci müavin təyin edildi

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində kadır dəyişikliyi olub.

BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polkovnik-leytenant Əsmər Ələsgər qızı Salamova Mərkəzin rəis müavini vəzifəsindən azad edilərək rəisin birinci müavini təyin edilib.

Nazirin digər əmri ilə polkovnik-leytenant Vüqar Nadirəli oğlu Əsgərov Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini təyin olunub.

Qeyd edək ki, bu ilin fevral ayında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri general-mayor Adil Ələsgər oğlu Abdullayev fövqəladə hallar nazirinin müavini vəzifəsinə təyin olunub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi vəzifəsinə isə Adil Abdullayevin birinci müavini polkovnik Zaur Kərimov gətirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol