Aprelin 5-də Brüsseldə gözlənilən üçtərəfli görüşə Rusiya kifayət qədər sərt reaksiya verdi. Ermənistan tərəfi də eyni dərəcədə cavab qaytardı.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
“Görünür, belə bir “məsuliyyətli iş” Ermənistan parlamentinin sədri Alen Simonyana həvalə edilib. Bir vaxtlar Rusiya dairələri tərəfindən qəbul edilən Simonyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində: “Rusiya dövlətçiliyimizi diz çökdürmək üçün yola çıxıb” deyə vurğulayıb. Simonyanın fikrincə, məhz Rusiya Azərbaycana Ermənistana hücum etməyə, Qarabağı təslim etməyə “icazə” verib. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bütün bunları yalan adlandırıb. Bu arada Paşinyan Simonyanın köməyi ilə ipdən asılı qalan Ermənistan-Rusiya münasibətlərinə son qoymağa çalışır. Nikol bir daşla iki quş vurur: o, Simonyanı ləkələyir, həm də araşdırır görsün ki, Rusiya bu cür bəyanatlara necə reaksiya verəcək. Reaksiya çox sərt olsa, Baş nazir parlament sədrini “qurban” verərək: deyəcəklər ki, bu, onun şəxsi fikridir. Rusiyanın reaksiyası çox da kəskin olmasa, Paşinyan nəhayət, bütün erməni-rus körpülərini yandıraraq Qərbin qucağına gedəcək”, - məlumatda deyilir.
- Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?
- Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?
- Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var
- Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat
- Paşinyan Azərbaycanla sərhəddə
- Yevgeni Belousov Bakıdan Moskvaya uçdu
- Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı
- Bu, Zəfərin mühüm strateji mərhələsi idi