“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik özündə üç niyyəti ehtiva edir. Birinci valideyin himayəsindən məhrum olmuş və yaxud valideynlərin vəfat etmiş uşaqların ailələrə, qəyyumluğa götürülməsini stimullaşdırır, ikinci bu sahədə pensiya təminatının elektronlaşdırılmasına təminat yaradır. Üçüncü istiqamət isə atalara uşaqlara görə 5 il tez pensiyaya çıxmaq imkanı yaradır.
BUTA.TV xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, mövcud qanuna görə, əgər ailədə himayəyə götürülən uşaqlarla birlikdə beş və daha çox uşaq varsa, o halda ana 5 il tez pensiyaya çıxır:
“Əgər ana vəfat edirsə və yaxud analıq hüququndan məhrum edilirsə, bu hüquq ataya keçir, amma bir şərtlə, əgər ata təkrar rəsmi nikaha girmirsə, uşaqları təkbaşına böyüdürsə, pensiyaya 5 il tez çıxmaq hüququ yaranır.
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
Qanuna edilən dəyişikliyə əsasən, atanın təkrar nikaha girib-girməməsindən asılı olmayaraq, ona bu hüquq verilir. Bu da kifayət qədər humanist dəyişiklikdir. Əgər ata yoldaşını itirirsə, uşaqları təkbaşına böyütmək məcburiyyətində qalmır və ikinci nikaha girə bilər”.
Qeyd edək ki, dəyişikliklər Milli Məclisin martın 29-da keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
- Məşhur həbsxana rəisi vəfat etdi - Foto
- Cəbrayılın Soltanlı kəndinin sakinlərinə şad xəbər!
- 41 dərəcə istidə çimərliyə gedənlərə xəbərdarlıq!
- Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
- 53 yaşlı kişini qatar vurdu: meyit tanınmaz hala düşdü
- Avropadakı vətən xainlərini kim maliyyələşdirir?
- Bakıya uçan taksilər nə vaxt gələcək? - Ekspert
- Nəhəng təyyarə 17 min kilometri fasiləsiz uçdu - 19 saata - Fotolar