“Red Hearts”- Qırmızı Ürəklər Fondu ənənəsinə sadiq qalaraq müqəddəs Ramazan ayında da balaca dostlarımızı sevindirməyə davam edir. Belə ki, Fond “İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi ilə birgə sosial layihələr çərçivəsində “Ramazan Xeyriyyə Yarmarkası” keçirəcək.
“Passage 1901” sərgi salonunda keçiriləcək yarmarkadan əldə olunan bütün gəlirlər kimsəsiz uşaqlara sərf olunacaq. 7 aprel 2024-cü il tarixində saat 10:00-dan 18:00-a kimi baş tutacaq yarmarkada qonaqlar müxtəlif ləzzətli təamları kəşf edə, oyunlar oynaya və hədiyyələrlə dolu loterayada iştirak edə bilərlər.
Ramazan ayı birlik və yardımlaşma ruhunu hiss etmək üçün dəyərli bir fürsətdir. Bu səbəbdən sizi bu nəcib təşəbbüsə qoşulmağa və dəstəyə ehtiyacı olan uşaqlara sevinc bəxş etməyə dəvət edirik.
Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
- Anomal istilər: DYP-dən sürücülərə xəbərdarlıq
- 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - Video
- Məşhur həbsxana rəisi vəfat etdi - Foto
- Cəbrayılın Soltanlı kəndinin sakinlərinə şad xəbər!
- 41 dərəcə istidə çimərliyə gedənlərə xəbərdarlıq!
- Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
- 53 yaşlı kişini qatar vurdu: meyit tanınmaz hala düşdü
- Avropadakı vətən xainlərini kim maliyyələşdirir?