Tərtər rayonunun Çaylı kəndi ərazisində mina partlayıb, 3 nəfər xəsarət alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki,1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
"AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!", - məlumatda qeyd olunub.
- Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
- Əliyevalar klassik avtomobil sərgisində - Fotolar
- Rusiya meşə yanğını yaşayış sahələrinə çatır
- Rusiya danışıqlara açıqdır - Kreml
- Hörmüzdə neft tankeri hücuma məruz qaldı
- Marseldə atışma: ölən və yaralananlar var
- “Turan Tovuz” uduzdu, Berdiyevin istefasını tələb etdilər - Video
- Gürcüstanın bu zavodu rus neftindən tamamən imtina etdi