Ukraynadan bu ölkələrə çağırış: Rus evlərini bağlayın!
Ukrayna rəsmi olaraq Rusiyanın Rus Evi (Russian House) adlı mədəniyyət mərkəzləri şəbəkəsinin fəaliyyət göstərdiyi bütün ölkələrin hökumətlərinə müraciət edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
O qeyd edib ki, Ukrayna bu mərkəzlərin milli təhlükəsizlik üçün yaratdığı təhlükənin tanınmasını, onların fəaliyyətinin məhdudlaşdırılması və tamamilə bağlanması istiqamətində tədbirlər görülməsini istəyib:
“Rusiya geniş alətlər və kanallar şəbəkəsi, o cümlədən “Rossotrudniçestvo” və qondarma Rus Evi mədəniyyət mərkəzləri vasitəsilə insanların şüuru uğrunda qlobal mübarizə aparır. Əslində, onlar dezinformasiya, sabitliyin pozulması və casusluq alətləri kimi fəaliyyət göstərirlər”.